Infotouch, Ltd. 

Infotouch, Ltd. 

Infotouch MMC, 2008-ci ildən etibarən informasiya texnologiyaları bazarında fəaliyyət göstərir. Bu illər ərzində, təcrübəli və peşəkar mütəxəssislərin sayəsində müxtəlif  tenderlərin qalibi olaraq bir çox uğurlu layihələr icra olunub. Əsas fəaliyyət istiqaməti – tətbiqi proqramların yaradılması, e-commerce layihələrin icrası, sensor tipli məlumat köşklərinin satışı və onlara servis  xidməti, innovativ media resursların hazırlanmasıdır.

Təklif edilən həllərin böyük əksəriyyəti Infotouch şirkətinin özünə məxsus olduğundan, kəskin rəqabət şəraitində, mövqeyi kifayət qədər dayanıqlıdır.

Touch the Information™ (informasiyaya toxun) - rəsmi sloqan olmaqla şirkətin ümumilikdə strategiyasını özündə əks etdirir.

Məqsəd, təklif olunan bütün məhsullar və xidmətlərdə interaktivlik yaratmaqla istifadəçi ilə texnologiya arasında ünsiyyət qurmaqdır. Müasir dünyamızda texnologiyanın insanların gündəlik həyatına daxil olması bu zərurəti qaçılmaz edir.

Müştəri auditoriyası kifayət qədər geniş olmaqla, telekomunikasiya şirkətləri, otel və restoranlar, avtomobil sektoru, bank və maliyyə idarələri, dövlət və özəl müəssisələrdən ibarətdir.

Infotouch MMC, Almaniyanın "Friendlyway" və Böyük Britaniyanın "Protouch" şirkətlərinin respublikamızda rəsmi distribütorudur.