AtaHolding 

Казахстан

www.ataholding.az

Сферы деятельности

Финансовый сектор

AtaHolding 

2003-cü ildən etibarən fəaliyyətə başlamış "AtaHolding" ASC iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir. “AtaHolding” ASC-nin nizamnamə kapitalı 83,9 mln AZN təşkil edir və əsasən maliyyə, İnformasiya Texnologiyaları, sənaye,  xidmət və turizm sahələrinə yönəldilmişdir. “AtaHolding” ASC-nin maliyyə sektorunda  “AtaBank” ASC, “AtaSığorta” ASC, “AtaLizinq” ASC,  turizm sektorunda “AtaTurizm” MMC, "AtaTravel" MMC və 5 ulduzlu “Excelsior Hotel Baku” mehmanxanası, sənaye sektorunda "AtaSənaye", Informasiya Texnologiyaları sahəsində “AtaTexnologiya” MMC  şirkətləri fəaliyyət göstərir. Bank VTB (Azərbaycan) ASC-nin səhmdar kapitalı Rusiya tərəfi – Bank VTB ASC (51%) və Azərbaycan tərəfi – “AtaHolding” ASC (48.99%) və fiziki şəxs (0.01%) arasında bölüşdürülmüşdür. "AtaHolding" şirkətlər qrupuna daxil olan TTC-lərdə  fəaliyyət yüksək peşəkarlıq, yeni texnologiyaların tətbiqi və korporativ idarəetmə prinsipləri üzərində qurulmuşdur. "AtaHolding" ASC-nin menecment sistemi 2006-cı ildə beynəlxalq "Bureau Veritas" şirkəti  tərəfindən İSO 9001:2008  standartlarına uyğun sertifikatlaşdırılmışdır. 2007-ci ildən etibarən “AtaHolding”  ASC və TTC-lərində beynəlxalq audit şirkəti tərəfindən maliyyə təsərrüfat fəaliyyətinin auditi keçirilir. “AtaHolding” Şirkətlər Qrupu Azərbaycanda BMHS-ə uyğun Konsolidə hesabat hazırlamış və müvafiq olaraq  ilk dəfə beynəlxalq audit şirkəti tərəfindən bu hesabat  audit olunmuşdur.

“AtaHolding” ASC Beynəlxalq mühasibat uçotu standartlarına uyğun uçot sistemini və Beynəlxalq Daxili Audit standartlarına uyğun Daxili nəzarət sistemini təşkil etmiş və bununla da  “AtaHolding” Şirkətlər Qrupunun fəaliyyətinin şəffaflığını  təmin etmişdir.

“AtaHolding” ASC Azərbaycanın həm fiziki, həm də intellektual resurslarından səmərəli istifadə etmək, yeni iş yerlərini yaratmaq üçün sərmayə qoymaq, səhmdarlar, işçilər və müştərilərin  məmnunluğunu yüksək səviyyədə təmin etmək və nəticədə Azərbaycanın rifahı və iqtisadi inkişafına dəstək olmağı qarşısına məqsəd qoymuşdur. "AtaHolding" ASC sosial yönümlü proqramlarda, xeyriyyə tədbirlərində yaxından iştirak edir, ölkə mədəniyyəti və incəsənətinin inkişafı, təhsilin səviyyəsinin daha da artması məqsədilə həyata keçirilən layihələri dəstəkləyir. “AtaHolding” ASC 19 noyabr 2008-ci il tarixində sosial məsuliyyət  sahəsində  BMT-nin Qlobal Saziş Təşəbbüsünə qoşulub.

“AtaHolding”  ASC 2007-ci ildən Beynəlxalq Hokkey Federasiyasının sponsorudur və  11.09.11-ci  il tarixində 2013-2017-ci illər dövründə Beynəlxalq Güləş Federasiyasının baş sponsoru olması haqqında müqavilələr imzalamışdır. Hazırda “AtaSport” klubu holdinqin himayəçiliyi ilə fəaliyyət göstərir.  Ölkəmizdə idmanın inkişaf etdirilməsinə yardım etmək və Azərbaycanın adının beynəlxalq səviyyədə daha da tanıtmaq məqsədilə “AtaHoldinq” ASC bu sahəyə həmişə önəm verir, beynəlxalq yarışların keçirilməsinə sponsorluq edir və Azərbaycan idmançılarının kifayət qədər yüksək nailiyyətlər əldə etməsinə dəstək olur.

Hazırda “AtaHolding” ASC-nin KSM sahəsində bir neçə uzunmüddətli sponsorluq müqavilələri vardır.

21 mart 2011-ci il tarixində “AtaHoldinq" ASC Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Marneuli rayonunda “AtaHolding Center and Marneuli Sport Complex Georgia Azerbaijan” idman kompleksini tikib istifadəyə vermişdir.  “AtaHoldinq” ASC-nin Gürcütsan və Qərb filialları fəaliyyət göstərir.

“AtaHolding” ASC və onun şirkətləri öz fəaliyyətləri  ilə ölkə iqtisadiyyatının ikişafına, xalqın sosial rifahının yüksəlməsində xidmətinə, sosial layihələrdə fəal iştirakına görə çoxlu sayda mükafatlar almışdır.  “AtaHolding” ASC  “Uğur” Milli mükafatı, "Qran-Pri" İlin Korporativ Brendi Milli mükafatı,  “Gənclərin Dostu”, “Ekologiyanın Dostu” və s. mükafatlara layiq görülmüşdür.

“AtaHolding” ASC-nin İctimaiyyətlə Əlaqələr şöbəsi “Press-reliz Yayım Xidməti” tərəfindən keçirilən “İlin ən yaxşı PR-xidməti” müsabiqəsinin 5 il ardıcıl qalibi olmuşdur.