Kred Agro Bank Olmayan Kredit Təşkilatı QSC 

Kred Agro Bank Olmayan Kredit Təşkilatı QSC 

KredAqro 2000-ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsi çərçivəsində Azərbaycanın doqquz regionunda sahibkarlara maliyyə xidmətlərinin göstərilməsi üçün yaradılmışdır. Onun əsası,ACDI/VOCA (Kənd Təsərrüfatının Kooperativ İnkişafı) ABŞ-ın qeyri-hökumət beynəlxalq inkişaf təşkilatı və Azərbaycan Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsinin içraçısı tərəfindən qoyulmuşdur. Kredaqro, bu layihə çərçivəsində, ABŞ –dan texniki yardım və 3 milyon dəyərində kredit kapitalı almışdır. 2008 –ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyi, hal-hazırda Kredaqronun yeganə sahibkarı olan ACDI/VOCA –ya KredAqronun mülkiyyət hüququnu vermişdir.
KredAqro, ilkin olaraq məhdud məsuliyyətli cəmiyyət kimi təsis edilmişdir. 2010-cu ildə isə o, qapalı səhmdar cəmiyyətəçevirilmişdir. Kredaqroya Azərbaycanın Mərkəzi bankı tərəfindən lisenziya verilmişdir.
KredAaqro, 2006 və 2008-ci illərdə müvafiq olaraq, “BBB” və “A-“, mikromaliyyə üzrə beynəlxalq reytinq agentliyi olan Mikromaliyyə tərəfindən qiymətləndirilmişdir. 2008 –ci il reytinqi, Kredaqronun öz maliyyə öhdəliklərini yerinə yetirmək üçün güclü potensiala sahib olduğunu, onun çox yaxşı fəaliyyətlərinin olmasını və hətta xarici və daxili hadisələrin təsiri zamanı beləonun öz stabilliyini qoruduğunu təsdiq etmişdir. Kreadqro, Azərbaycanda belə yüksək beynəlxalq reytinq almış ilk bank olmayan kredit təşkilatıdır.
Bu illər ərzində, KredAqro Avropa Yenidənqurma və İnkişaf Bankı(AYİB), Beynəlxalq Maliyyə Korporasiyası (BMK), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), ACDI / VOCA və digər təşkilatlardan texniki yardım alımışdır. O, beynəlxalq investorların inamını qazanmış və BlueOrchard, İnkişaf edən Dünya bazarları (DWM), Qlobal Mikro –maliyyə Təsisatı (GMF), BMK (İFC), İncofin, KFW, MicroVest , Symbiotics, Oikocredit və Triple Jump kimi təşkilatlardan kredit almışdır.
KredAqro, mikro maliyyə sektorunun gücləndirilməsinə həsr edilmiş biznes məlumatlarınınugur aparıcı təminatçısı olan Mikro- maliyyə İnformasiya Mübadiləsindən maliyyə və sosial şəffaqlıq üzrə bir sıra mükafatlar almışdır. Kredaqro, 2008-ci ildə, Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafına verdiyi töhfələrinə görə “Consulting and Business” jurnalının İqtisadiyyat və Biznes sahəsində "UĞUR" Milli Mükafatına layiq görülmüşdür.
KredAqro, Azərbaycan Mikromaliyyə Assosiasiyasının və Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının üzvüdür.
Kredaqro biznes, ekspress, kənd təsərüffatı, lizinq və istehlak kreditlərini təklif edir. Biz, öz müştərilərimiz ilə olan əlaqələrimizi ən yaxşı xidmət göstərmək əsasında qururuq. Bu fəlsəfə Kredaqronun sloqanında əks olunur - Bizim maliyyə, Sizin mənfəət. Buna görə də, müştərilərə göstərilən xidmətlərin keyfiyyətini müntəzəm olaraq yaxşılaşdırmaq , bu xidmətlərin əhatə dairəsini genişləndirmək və şərtləri təkmilləşdirmək Kredaqronun əsas məqsədlərindən biridir.
KredAqronun Bakıda, Sumqayıtda, Xaçmazda, Qubada, Göyçayda, Qəbələdə, Tərtərdə, Ağdaşda, Qusarda, Şəkidə, Zaqatalada, Qaxda, Balakəndə, Bərdədə, Mingəçevirdə, Gəncədə, Tovuzda, Aqstafada, Qazaxda, Cəlilabadda, Masallı, Ismayillı və Lənkəranda 23 filial və nümayəndəliklərdən ibarət geniş şəbəkəsi vardır.